Azərbaycanda dəhşət: gəlin və qayınatanın başını kəsdilər-TƏFƏRRÜAT

img

22-01-2015 [11:41]


Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan şəhərinin Rəsulzadə küçəsində tikintisi hələ başa çatmamış, amma yaşayış olan 15 saylı mənzildə Balakişiyeva Sevinc Məmməd qızı və onun qayınatası Kişiyev Araz Babayar oğlu başı kəsilmiş vəziyyətdə tapılıblar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

**** 

Şirvan şəhərində baş verən qətlin təfərrüatı məlum olub.

Şirvan şəhər polis idarəsindən publika.az-a verilən məlumata görə, qətlə yetirilən Araz Kişiyevin oğlu Elnur öldürülən Sevinc Balakişiyeva ilə qeyri-rəsmi münasibətdə olub.

Verilən məlumata görə, Sevinclə Elnur uzun müddət Bakıda yaşayıblar. Əslən Gəncə şəhərindən olan Sevinc Balakişiyeva imkanlı olub.

Sevinc qeyri-rəsmi münasibətdə olduğu Elnura bu müddətdə xeyli pul xərcləyib. Sevincin pulunun qurtardığını görən Elnur sonradan Şirvan şəhərinə qayıdıb. Sevinc Balakişiyeva onun arxasınca Şirvan şəhərinə gələrək, ya münasibətlərini rəsmiləşdirməyi, ya da ona xərclədiyi pulları geri qaytarmağı tələb edib.

Bu səbəbdən onlar arasında uzun müddətmünaqişə davam edib. Sevinc Balakişiyeva dəfələrlə Elnurdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Bu müddətdə Sevinc Şirvanda kirayələdiyi evdə yaşayıb.

Münaqişədən bezən qayınata A. Kişiyev Sevincin yaşadığı evə gələrək oğlundan əl çəkməsini tələb edib. Bu səbəbdən aralarında münaqişə yaranıb.

A.Kişiyev əvvəlcə Sevincə arxadan ürək nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.

Daha sonra A. Kişiyev öz boğazını kəsərək intihar edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA