Azərbaycanda qardaş bacısının başını kəsdi

img

22-01-2015 [00:22]


Lənkəranda qətl hadisəsi baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 21-də saat 21 radələrində rayonun Xozmili kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın boğaz nahiyəsində arteriya damarını bıçaqla kəsib.

K. Əhmədova hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş C. Əhmədov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA