Prokuror hakimin hökmünə qarşı çıxdı - Protest verdi

img

21-01-2015 [16:55]


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirən şəxslərdən birinə oxunan hökmlə razılaşmayan prokuror apelyasiya şikayəti verib.

Məlumata görə, məhkəmənin çıxardığı qərarla razılaşmayan dövlət ittihamçısı Abisalam Heydərov dünən apelyasiyaya şikayət edib. Belə ki, prokuror qətldə iştirak edən şəxslərdən biri Seymur Talıbova kəsilən hökmün 15 ildən 2 ilə endirilməsi ilə razılaşmayıb.

Qeyd edək ki, prokuror Vüsal Şilderin qətlində iştirak edən şəxslərin hər birinə ayrılıqda 15 il istəsə də, hakim Elman İsgəndərova 15 il, lakin Seymur Talıbova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.

Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu 2013-cü ilin mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.(qafqazinfo)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA