İmişlidə ovçu özünü güllələyib öldürdü

img

21-01-2015 [13:35]


Yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Mia.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.İsrafilov orada ölüb.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan "İJ-43” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA