Nazirlər Kabinetinin “Tərəqqi” medallı işçisi vəfat etdi

img

21-01-2015 [10:15]


"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin vəzifəli şəxslərindən biri - Reyhan Cəfərova dünyasını dəyişib.
Report xəbər verir ki, Reyhan Cəfərova qoruq-muzeyinin şöbə müdiri vəzifəsində çalışıb.
R.Cəfərova 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, "Şirvanşahlar Sarayı Kompleksi" qoruq-muzeyi Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərkibində fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA