Rusiya yeni şərt qoydu

img

19-01-2015 [14:52]


"İranın nüvə proqramı üzrə razılığa gəlmək üçün tərəflərin siyasi iradəsi var. Dünyanın altı ölkəsi İranın nüvə proqramının məhdudlaşdırılmasına dair danışıqlar aparır. Bunun üçün əvvəlcə sanksiyalar yumşaldılmalıdır." 

Bunu danışıqlarda Rusiyanı təmsil edən xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Cenevrədə bir gün əvvəl İran və 6 dövlət arasında nüvə danışıqlarında "məhdud" irəliləyiş baş verib. Danışıqlar İran, Böyük Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və Almaniya arasında aparılır.

Qərb diplomatlarından biri "Reuters"ə açıqlama verib ki, həqiqətən də Cenevrə danışıqlarında "məhdud" irəliləyiş olub. Ekspertlər yanvarın 19-da da görüşəcəklər. Hər kəs cəhdlərin artırılmasını istəyir.

Xatırladaq ki, tərəflər bu ilin martınadək siyasi saziş, iyunun 30-dək təfsilatlı saziş əldə etmək fikrindədirlər(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA