Ermənilərin 3 "zabiti" uçruma yuvarlandı, 1-i öldü, 2-si ağır yaralandı

img

19-01-2015 [12:59]


Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda işğalçı erməni qüvvələrinin üç zabitini aparan maşın uçuruma yuvarlanıb.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, hadisə yanvarın 17-də baş verib, ancaq bu haqda ertəsi gün - yanvarın 18-də xəbər yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyərək deyib ki, qəzaya düşənlər "yerli hərbi hissənin” zabitləridir. Onun sözlərinə görə, Qarabağdan alınan məlumata əsasən Kəlbəcərdəki kəskin dağ döngələrinin birində sürücü idarəetməni itirib və "Nissan” markalı avtomobil uçuruma yuvarlanıb. Nəticədə mayor Artur Vardevanyan hadisə yerində ölüb, daha iki zabit - mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan ağır yaralanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA