Prokurorun köməkçisi qəzada dünyasını dəyişdi

img

19-01-2015 [12:11]


Ucarda bu gün səhər saatlarında baş verən qəzada ölən şəxslərin kimlikləri bəlli olub. 
Müsüslü kəndi ərazisində "Mercedes" markalı maşının "Kamaz" markalı betonqarışdıranla toqquşması nəticəsində iki nəfər ölüb. Onların hər ikisi minik maşınında olublar. 

Ölənlər sürücü Ehtiram Salahov və onun sərnişini Emin Qurbanov olub. 

İlkin məlumata görə, E.Qurbanov Göyçay rayon prokurorunun köməkçisi olub. KamAz markalı maşının sürücüsü isə 1978-ci il təvəllüdlü Tariyel Qasımovdur. 

Xatırladaq ki, qəza bu gün səhər saatlarında baş verib. KamAZ-la toqquşan minik maşını partlayıb(Anspress). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA