Ərdoğanın yeni əsgər düzəninə sataşdı, işindən oldu - FOTO

img

18-01-2015 [12:32]


Türkiyə universitetlərindən birində tibb fakültəsi dekanı "Twitter” sosial şəbəkəsindəki yazısına görə istefa verib. 

Anspress.com-un məlumatına görə, dekan sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi iqamətgahı "Ak Saray”dakı 16 türk dövlətini təmsil edən əsgərlərdən birinə aid yazı paylaşıb. O, "Qızıl Orda” əsgərinə işarə edərək, "bu xalatla olan adam hansı bəyliyi təmsil edir, görəsən?” yazıb.

Dekan tezliklə öz yazısını silsə də, sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Bəziləri onun hətta rektor seçkilərinə təsir etmək üçün belə bir yazı paylaşdığını da deyib.

O isə bu sözləri yazmaqda heç bir xüsusi, düşünülmüş niyyətinin olmadığını bildirsə də söz-söhbət səngiməyib. Professor "gördüyüm işlər əvəzinə bir paylaşımla xatırlanmaq kədərləndirir” deyə bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA