Polis rəisinin qardaşı qəzada öldü

img

17-01-2015 [14:18]


Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, "VAZ-2107” markalı avtomobillə yük maşını toqquşub.
 
Qəza nəticəsində "VAZ-2107”-nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlu, dünyasını dəyişən şəxs isə Rəhmanov Muradəli Seyfəddin oğludur.
 
Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Rəhmanovun qardaşıdır.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA