Gəncədə 10-cu sinif şagirdi özünü çaya atdı

img

15-01-2015 [20:11]


Gəncə şəhərində intihara cəhd olunub 

Hadisə şəhərin Əhməd Cəmil küçəsində, Gəncə çayının sağ sahilində baş verib. Orta məktəbin 10-cu sinif şagirdi A. Əliyeva çayın sahilində olan bəndin üstünə çıxaraq özünü atıb. Məktəbli dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, A. Əliyeva 8 il bədii gimnastika ilə məşğul olub. Ötən il idman zamanı ayağından və onurğasından xəsarət aldığından bir daha idmanla məşğul ola bilməyəcəyini, ömrü boyu bu vəziyyətdə qalacağını düşünərək intihara cəhd edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA