Bakıda manyak məktəbli qızı döyərək tanınmaz hala saldı (FOTOLAR)

img

15-01-2015 [14:00]


Bakıda məktəbli qıza hücum edilib. Naməlum şəxs bir neçə dəqiqə əvvəl orta məktəbin 10-cu sinif şagirdi L.B.-ni döyərək tanınmaz hala salıb. 

ANS PRESS-in məlumatına görə, zərərçəkmişin yaxınları Milli.Az-a bildiriblər ki, məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb. Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36-ya gəlib. Qızın arxasınca liftə girən şəxs onun evin qapısını açmasını gözləyib. Qapını açan kimi içəri soxulan şəxs L.B.-ni döyməyə başlayıb. Yumruq-təpik zərbələri ilə ona xəsarət yetirən məktəbli qan içərisində işdə olan anasına məlumat verib.

Hazırda zərərçəkmişə tibbi yardım edilməsi üçün təcili yardım çağırılıb, cinayətkarın tapılması üçün polisə məlumat verilib. 

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirildi ki, hadisə baş verən ünvana əməliyyat qrupu göndərilib. Məsələni diqqətdə saxlayacağıq...






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA