Maskalı şəxslər Bakıda dövlət idarəsinə basqın etdi

img

15-01-2015 [12:14]


Yanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt” MMC-nin Sabir küçəsi70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib. Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA