Ağsulu sürücü yol polisini niyə sürüdü? - Açıqlama

img

15-01-2015 [10:14]


Bakıda yol polisinin sürüyən sürücü tutuldu. 

Mia.az xəbər verir ki, bu barədə avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən gün baş verən hadisə 90-VT-023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədilib. "Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qadın, ikisi isə kişi olub. Sürücü barəsində artıq Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. 

Sürücü Həsənov Cavid Fuad oğlu 1990-cı ildə Ağsu şəhərində anadan olub. Ağsu-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş. Özünün dediyinə görə, hadisə baş verən zamanı maşında olanlar arasında nişanlısı, qayınanası və qayını da olub".

Vaqif Əsədov bildirib ki, sürücü Cavid Həsənov yol hərəkəti qaydalarını dəfələrlə pozduğu üçün "saxla" əmri verilib. Lakin o, əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Sürücünün tabe olmadığını görən Yol-Putrul Xidməti əməkdaşları süni sıxlıq yaradaraq onu saxlamağa çalışıblar. Lakin videodan da göründüyü kimi, sürücü maşını saxlamır və yol polisini vuraraq kapotun üstündə sürüyüb. Sonra isə yerə yıxılmış yol polisi əməkdaşının üstündən keçib. Nəticədə bud sümüyünün sınığı və kəllə-beyin travması alan polis əməkdaşı hospitala yerləşdirilib.

Qeyd edək ki, 25 yaşlı Cavid Həsənovun 2 bacısı, 3 qardaşı var. Atası dünyasını dəyişib, uzun illərdir anasının himayəsində yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA