"Bu cür işləmək artıq mümkünsüzdür!” - Yalçın İmanov

img

14-01-2015 [20:26]


Tanınmış vəkil Yalçın İmanov qanunsuz yoxlamalara etiraz əlaməti olaraq Bakı İstintaq Təcridxanasına daxil olmaqdan imtina edib. 

Mia.az xəbər verir ki, bu barədə vəkil özünün "Facebook” səhifəsində yazıb. 

Onun sözlərinə görə, neçə müddətdir ki, siyasi məhbusların vəkilləri Bakı İstintaq Təcridxanasına girişdə və çıxışda qanunsuz və əsassız, uzun-uzadı, yorucu yoxlamalara məruz qalır, çantaları, üzəriləri yoxlanılır, qeyd kitablarında ciddi-cəhdlə nələrsə axtarılır: 

"Söhbət təbii ki, təcridxanaya qanunla qadağan edilmiş hər hansı əşya və yaxud da predmetin keçirilməsinin qarşısını almaqdan getmir. Yoxlama və axtarışın yalnız siyasi məhbus vəkillərinə münasibətdə tətbiq olunması digər niyyətlərdən xəbər verir. Yeganə məqsəd siyasi məhbuslara hər hansı qeydin aparılıb-aparılmaması, yaxud da əksinə siyasi məhbusların mediaya hər hansı açıqlamasının olub-olmamasını araşdırmaq, təftiş etməkdir. Bunu yoxlamanı aparan BİT-in mayor rütbəli əməkdaşı özü də etiraf edir. Bu yoxlama və axtarışın heç bir qanuni əsası yoxdur və artıq dözülməz hal alıb. Məhz bu səbəbdən də bu gün mən həmin qanunsuz yoxlamalara etiraz əlaməti olaraq Bakı İstintaq Təcridxanasına daxil olmaqdan imtina etdim. Bu cür işləmək artıq mümkünsüzdür!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA