Bakıda iki nəfər dəm qazından boğuldu

img

14-01-2015 [14:02]



Bakının Qaradağ rayonunda faciəli hadisə baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Şanqar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vəfa Hüseynova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Oxşar hadisə Suraxanı rayonunda da qeydə alınıb. Yeni Suraxanı qəsəbəsində Rza Əliyev yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA