300 minlik qəzanın səbəbkarları məşhur iş adamlarının övladları çıxdı-Eksklüziv

img

13-01-2015 [14:36]



Xəbər verdiyimiz kimi, bir müddət öncə Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.
10 KJ 200 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen”lə toqquşmuşdu.

Məlumata əsasən ciddi xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşmüşdü.

Həmin qəzada yarasız vəziyyətə düşən avtomobillərin sahibləri məlum olub. Mia.az-ın əldə etdiyi məlumata görə,"Mercedes-Benz Gelandewagen”lərdən biri Sumqayıtın məşhur iş adamlarından olan Ağamirzə Əhədovun nəvəsinin, digəri isə bir müddət öncəyə qədər "Metrotuneltikinti" ASC-nin idarə rəsi olan, Sumqayıtdakı "Nur" şadlıq evi və digər obyektlərin sahibi olar Qərib Dadaşovun oğlunundur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR