"Bütün bunlar mənim qayıdışıma şərait yaradacaq" - Saakaşvili

img

13-01-2015 [11:50]


Gürcüstanın keçmiş pezidenti Mixail Saakaşvili vətəninə geri qayıtmaq istəyir. 

ANS PRESS-in məlumatına görə, o bu barədə "Rustavi 2" telekanalına açıqlamasında deyib. 

Lakin hazırda ABŞ-da olan eks prezident qayıdışını nə zamana planlaşdırdığını açıqlamayıb. 

"Geosiyasi vəziyyət dəyişir. Bizim dostlarımızın mövqeləri isə güclənir. Bütün bunlar mənim Gürcüstana qayıdışıma şərait yaradacaq". 

Xatırladaq ki, ötən ilin yay aylarında keçmiş prezident Saakaşviliyə qarşı bir necə ittiham irəli sürülüb. O, 4,7 milyon dollara yaxın dövlət vəsaitini israf etməkdə, 2007-ci il 7 noyabr mitinqində iştirak edənlərə divan tutmaqda, "İmedi" telekanalının binasına basqında, biznesmen Badri Patarkatsişvilinin əmlakını mənimsəməkdə və s.də ittiham edilir. 

O, istitaqla əməkdaşlıqdan imtina edib və ifadə vermək üçün gəlməyib. 
Tiflis məhkəməsi 2 avqust tarixində Mixail Saakaşvili barəsində qiyabi həbs hökmü çıxarıb. 

Eks prezident 2013-cü ilin noyabr ayında Gürcüstanı tərk edib və o vaxtdan bir daha vətənə qayıtmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA