Bakıda maskalı şəxslər yaşayış evinə basqın edib

img

12-01-2015 [12:29]


Bakıda quldurluq hadisəsi baş verib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova polisə yazdığı ərizədə bildirib ki, ötən gün saat 20:00 radələrində yaşadığı Voxr küçəsi, ev 34-ə 4 nəfər maskalı şəxs hücum edərək, ona bıçaqla hədə qorxu gəlib, 480 manat pulunu, "Samsung Galaxy” markalı mobil telefonunu və əl çantasında olan 5 manat pulu götürüblər.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA