Nazir müavini həbs edildi

img

12-01-2015 [12:03]


Çin Xalq Respublikasının dövlət təhlükəsizliyi nazirinin müavini Ma Çzyan həbs edilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Honkonqun "South China Morning Post” qəzeti yayıb.

Məlumatda deyilir ki, 30 il təhlükəsizlik orqanlarında çalışan Manın həbs edilməsi "Founder Group” şirkətinin fırıldaq fəaliyyətilə bağlıdır.

Ancaq digər mənbə isə bu həbsin sifarişli olduğunu deyib.

Ma Çzyanın ölkənin əvvəlki prezidenti Xu Çzintaonun hakimiyyətdə olduğu dövrdə Qərargah rəisi vəzifəsində çalışan Lin Çzixua ilə yaxınlıq münasibətləri olub.

Lin Çzixua artıq ötən ilin dekabrında həbs edilib. İttihamlara görə, guya "Founder Group” şirkətinin meneceri Lin ailəsinə yüksək məbləğdə rüşvət verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA