Türkiyə Paris yürüşünə etiraz etdi

img

12-01-2015 [10:38]


Türkiyənin İstanbul şəhərində terorizm əleyhinə keçirilən yürüş bir qrup fəalın etirazları ilə qarşılanıb. 

Fəalların "bütün dünyada müsəlmanların qanı töküldüyü bir vaxtda belə bir yürüş nəyə lazımdır” sualı tərəflər arasında gərginliyə səbəb olub. 

Aksiya iştirakçıları şəxsin yolun üzərindən çəkilməsini tələb ediblər. 

Etirazçıların yürüşə müdaxiləsi sonda onların həbs olunması ilə nəticələnib. Qarşıdurma zamanı etirazçılardan biri yumruq zərbəsi alıb. 

Polis etirazçıları avtobusa mindirərək aksiya yerindən uzaqlaşdırıb(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA