Polis Binəqədidə qəza törətdi, aradan çıxdı

img

12-01-2015 [09:02]


Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib. 

Qəza zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan "NISSAN” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin çox olması minik avtomobilinin meyilliyi olan yamaca qalxmasına səbəb olub. Bu zaman tarazlığı pozulan "NISSAN” yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub. 

Əraziyə cəlb olunan yol patrul xidmınin əməkdaşları maşına baxış keçiriblər. ANS əməkdaşlarının da müşahidələri zamanı bəlli olub ki, avtomobili polis əməkdaşı idarə edirmiş. Bunu deməyə əsas kimi isə maşının içərisində olan xüsusi uniformanı gösətmək olar. 

Hadisə yerinin müayinə bitdikdən sonra "NISSAN” cərimə dayanacağına aparılmaq üçün evakuatora yükləndi. 

Binqədi rayon dövlət yol polisi idarəsində aparılacaq araşdırmalın sonunda maşının sahibinin kimliyinə və nə üçün ərazini tərk etməsinə aydınlıq gətiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA