Prokurorluq qazinin intiharı ilə bağlı rəsmi xəbər yaydı

img

09-01-2015 [12:46]


Baş Prokurorluq Goranboydakı intiharla bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmamışdır.  Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış "ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilmişdir.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir".

Xatırladaq ki, intiharla bağlı yayılan xəbərlərdə bildirilirdi ki, mərhum Qarabağ qazisidir. O, özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. B.Əhmədovun həyat yoldaşı isə rayonda müsiqi məktəbinin direktorudur. Onun ölümü də həyat yoldaşına edilən təzyiqlərlə bağlı olduğu iddia olunurdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA