DİN əməliyyat keçirdi, saxlanılanlar var

img

08-01-2015 [14:17]


Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat keçirib. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Təhlükəsiz Şəhər Xidməti, Salyan rayon polis şöbəsi və Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Elnur Qiyamovdan və Toqfiq Abbasovdan hədə-qorxu ilə pul və qızıl əşyalar almış qrupun digər üzvü - Bakı şəhər sakini Elvin Həsənzadə tutulub.

Polislər onu idarə etdiyi "Runna” markalı avtomobildə saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA