“Azadlıq” radiosunun əyalət müxbiri də istintaqa çağırıldı

img

07-01-2015 [23:18]


Baş Prokurorluqda "Azadlıq” radiosunda aparılan araşdırmalarla əlaqədar radionun Aran bürosunun ştatdankənar müxbiri, İmişli rayonunda yaşayan Azər Əliyev də istintaqa cəlb olunub.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Azər Əliyev şahid qismində ifadəsi alınması üçün sabah Baş Prokurorluğa dəvət olunub.

Bu barədə jurnalist A.Əliyev özü məlumat verib. Lakin o deyib ki, yolun uzaqlığı nəzərə alınaraq İmişli Rayon Prokurorluğuna gəlməsi tövsiyə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA