«Oğru»ların Azərbaycan «zon»larında yeni «praqonu» yayıldı — Təfərrüat

img

06-01-2015 [16:34]


Bu günlərdə Rusiyanın şəhərlərindən birində baş tutan  «oğru sxodkasında» Azərbaycanla bağlı mühüm qərarın qəbul edildiyi bildirilir. 

Mia.az Azinform.az-a istinadən xəbər verir ki, sözügedən «sxodkada» əsasən miliyyətçə azərbaycanlı «oğru»lar iştirak edib:

«Yetkinliklə qəbul olunan «proqon» artıq Azərbaycan həbsxanalarına göndərilib.  Toplantının keçirilməsinə səbəb kimi 14 saylı «zon»da baş verən  məlum olaydan sonra Azərbaycan həbsxanalarında rejim qaydalarının həddindən artıq sərtləşdirilməsi göstərilir. Bu amil  «oğruları» narahat etməyə başlayıb və onlar yetkin rəyə gəliblər ki, öz təzyiq metodlarından istifadə etsinlər. Yayılan «proqonda» məhbuslara «zon»larda yaradılan pullu xidmətlərdən imtina ilə bağlı çağrış edilir. Əsasən də, «zon»larda yaradılan pullu yeməkxanalardan söhbət  gedir.  Yayılan «proqon»da həmçinin məhbuslara evdən mümkün qədər az ərzaq gətirdirtmək və kütləvi halda hökumətin verdiyi qida rasionundan istifadə etməklə bağlı göstətişlər verilir. Məlum olduğu kimi,  «zon»larda olan məhkum kontingentinin böyük hissəsinə ərzaq  azadlıqda olan qohumları tərəfindən gətirilir. Bu da «zon»ların rəislərinə sərf edir. Çünki belə olanda ayrılan ərzağın bir hissəsinin mənimsənilməsi üçün münbit şərait yaranmış olur. Məhbusların «zon» da verilən «paykavoy» yeməkdən istifadə etməsi isə onları bu qazancdan məhrum edə bilər. Məlum praqonun hazırda  11 və 2 saylı «zon»larda sürətlə yayıldığı və məhkumların böyük əksəriyyətinin Rusiyadan gələn sifarişə əməl etdiyi bildirilir».



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA