Azərbaycanda "Rolls-Royce" maşınlarını alanlar kimlərdir?

img

06-01-2015 [11:18]


Azərbaycanda "Rolls-Royce" markalı avtomobillərin satışı artıb.

 "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Rolls-Royce Motor Cars" şirkətinin 2014-cü il hesabatında bildirilir.

 Çərşənbə axşamı açıqlanan hesabata əsasən, şirkət üçün əsas bazar ABŞ olaraq qalmaqdadır. Şirkətin doğma ölkəsi Böyük Britaniya 4-cü yerdədir. 2014-cü ildə Şimali Amerikada satış 30%, Yaxın Şərqdə 20%, Avropada isə 40% artıb. Satış üzrə artım bütün dünyada, o cümlədən "Rolls-Royce"nin satış məntəqələrinin yeni açıldığı Azərbaycan, Qazaxıstan və Vyetnamda qeydə alınıb. Hazırda bütün dünyada şirkətin 127 satış məntəqəsi fəaliyyət göstərir, 2015-ci ildə yenilərinin açılacağı gözlənilir. Qeyd edək ki, "Rolls-Royce Motor Cars" şirkəti Azərbaycanda ilk "Rolls-Royce Motor Cars Baku” salonu 2014-cü ilin oktyabrında istifadəyə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA