4 nazir haqqında qərar açıqlandı

img

05-01-2015 [21:46]


Türkiyə Məclis İstintaq Komissiyasının korrupsiya hallarında günahlandırılan sabiq 4 nazirlə əlaqədar verdiyi qərar açıqlanıb.

PIA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Məclis İstintaq Komissiyası mənimsəmə və rüşvətdə günahlandırılan 4 keçmiş nazirin (AK Partiyadan olan nazirlər Muammer Gülər, Zəfər Çağlayan, Egemen Bağış və Ərdoğan Bayraktar) Ali Məhkəməyə göndərilib-göndərilməməsi barədə qərar verib. Komissiya səs çoxluğu ilə nazirlərin Ali Məhkəməyə cəlb edilməməsi qərarını çıxarıb.

22 dekabrda keçirilməsi planlaşdırılan, ancaq etirazlar səbəbindən 5 yanvara kimi təxirə salınan səsvermənin nəticəsi qəti qərar hesab edilməsə də, bunu Türkiyədə əhəmiyyətli göstərici hesab edirlər. Komissiya qurulduğu gündən 245 gün sonra toplanıb və təxminən 3,5 saat davam edən toplantıda 9 AK Partiya, 4 CHP və 1 MHPli üzv səs verib.

CHP-nin izmirli millət vəkili Erdal Aksünger komissiyada səs çoxluğu ilə 4 keçmiş nazirin Ali Məhkəməyə cəlb edilməməsi barədə qərar alındığını açıqlayıb. O, komissiyada 5-ə qarşı 9 səslə Ali Məhkəmə qərarının rədd edildiyini bildirib.

Qeyd edək ki, bu gün Məclis İstintaq Komissiyasından çıxan bu qərar da yekun nəticə deyil. Belə ki, 4 keçmiş nazirin Ali Məhkəməyə verilməsi barədə son qərarı Məclis Baş Assambleyası (Meclis Genel Kurulu) verəcək. Yekun qərar məclisin ümumi yığıncağında keçiriləcək gizli səsvermə ilə müəyyən ediləcək. Səsvermənin ən gec 29 yanvar tarixinədək keçirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA