Cəlilabadda dəhşətli qəza- 2 ölü+Fotolar+Yenilənib

img

04-01-2015 [17:00]


Bu gün səhər saat 09:00 radələrində Bakı-Astara magistral yolunun 117 km-də ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Mia.az islamazeri.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun ərazisində qeydə alınıb.

Bakıdan Astara istiqamətində hətəkət edən 99-FX-255 dövlət nömrə nişanlı Mersedes markalı avtomobil yüksək sürətlə yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə parçalanıb. Hadisə yerinə Cəlilabad və Biləsuvar rayonlarından Təcili Tibbi Yardım maşınları köməyə gəlsə də, yaralıların həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində sürücü və iki azyaşlı sərnişin dünyasını dəyişib. Sərnişinlərdən birinin vəziyyəti isə orta ağırdır.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırmalar aparılır.

***

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də Ələt-Astara magistralının 116-cı kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 40 yaşlı Ziya Mahmudovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbədən iki yerə bölünən nəqliyyat vasitəsinin bir hissəsi təxminən 20 metr kənara düşüb. Hadisə zamanı sürücü və hələlik adı məlum olmayan azyaşlı uşaq hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər iki sərnişin - Masallı rayon sakinləri, 11 yaşlı Nihad Əkbərov və 44 yaşlı Şahin Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili yardım maşını gəlib. Xilasedicilər tərəfindən maşında sıxılıb qalmış meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Burada onlara müvafiq tibbi yardım göstərilib. Nihad Əkbərovun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

İlkin versiya kimi, qəzanın avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA