Poroşenko 2015-ci ilin əsas prioritetini elan elədi

img

03-01-2015 [22:14]


"2015-ci ildə əsas prioritetlərimizdən biri korrupsiya ilə prinsipial, ardıcıl və effektli mübarizə aparmaq olacaq”. 

Musavat.com-un Ulrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri ölkə prezidenti Pyotr Poroşçenko yeni illə bağlı əsas vəzifələrdən danışarkən bildirib. 

Bu zaman dövlət başçısı onu da əlavə edib ki, "Milli Antikorrupsiya Bürosunun direktorunun seçilməsi üçün konkurs komissiyasının bütün üzvlərinin seçilməsi təcrübəsinə böyük ümidlər bəsləyir”.  

Bu komissiyanın tərkibinə 9 nəfər daxildir. Onlar proporsional olaraq (üç üçlük) seçilən və eyni zamanda prezident, Ali Rada və hökumət tərəfindən görəvləndirilənlərdir. 9 nəfərin  tərkibində Krım Tatar Məclisinin lideri Rüfət Çubarov da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA