22 yaşlı qızı 12 gün zorladılar

img

03-01-2015 [20:19]


"The New York Times” qəzeti yazır ki, Yaponiyadan Hindistana turist kimi gəlmiş gənc qadın girov götürülüb və silahlı hədə alında zorlanıb. O, 12 gün quldurların əlində girov qalıb. Bu barədə yerli polis məlumat verib.

22 yaşlı qız bildirib ki, o, Bihar ştatının Qaya rayonunda olub. Hindistanda buddistlərin ən müqəddəs hesab etdikləri məbəd orada yerləşir. Onu məbədə gətirən şəxs isə özünü turist bələdçisi kimi təqdim edib. Onlar şəhərə daxil olanda isə daha iki nəfər onlara yaxınlaşıb və silah gücünə turisti gizli mənzilə aparıblar.

Kəlkətə polis rəisi Pallab Kanti Qoş deyib ki, girov qadın quldurların əlindən qaça bilib. O, özünü Varanasi şəhərinə çatdırıb və oradakı Yaponiyadan olan turistlərə başına gələn hadisə barədə məlumat verib. Daha sonra o, Kəlkətə qayıdıb və oradakı Yaponiya konsulluğu ilə əlaqə saxlayıb. Konsulluq isə onun polislə rəsmi şikayətlə müraciət etməsini təmin edib.

Az sonra 3 nəfər quldur həbs olunub. Daha iki nəfər də bu işlə əlaqədar həbs olunub. Kəlkətə polis rəisi Pallab Kanti Qoş deyib ki, həbs olunan şəxslərin hamısı eyni tayfadadır. Onlar yabançılara özlərini turist bələdçisi kimi təqdim edirmiş. Maraqlıdır ki, həmin quldurlar yapon dilini də yaxşı bilirlər.

Hazırda 5 nəfər bu işlə bağlı istintaq altındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA