Daxili işlər naziri öz iş otağında intihar etdi

img

03-01-2015 [18:13]


Rusiyanın Mariy El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev öz iş otağında intihar edib.

Bu barədə itar-tass-a Rusiya DİN-dən məlumat daxil olub. "Mariy Elin DİN rəhbəri dekabrın 26-dan yanvarın 8-ə qədər məzuniyyətdə olmalı idi, amma mütamadi olaraq onu iş yerində görmək olurdu. Bu gün də Buçnev işə gəlib, onun katibəsi bir neçə dəqiqədən sonra atəş səsi eşidib”-deyə açıqlamada bildirilir. Hazırda intihar baş verən otaqda araşdırma aparılır.

Qeyd edək ki, Dövlət Dumasının Təhlükəsizlik və Anti-Korrupsiya Komitəsinin sədr müavini Aleksandr Xinşteyn ötən ilin dekabrında Mariy El DİN-ində yoxlama aparıldığını bildirib. Nazirin korrupsiyada ittihama görə bu ələ atması da istisna edilmir.

Vyaçeslav Buçnev hüquq-mühafizə orqanlarında 1983-cü ilədn bəri işləyib. Mariy Elin DİN rəhbəri vəzifəsinə isə mərhum nazir 2011-ci ilin 31 may tarixində təyin edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA