Yol polisi kimə hücum etdi? - Söyüşlü dava (VİDEO)

img

03-01-2015 [12:24]


Yol polislərinin bəzilərinin "Polis haqqında" mövcud təlimatı pozaraq, özlərini yolların hakimi-mütləqi kimi aparmaları və eyni zamanda, sürücülərə qarşı həddən artıq kobud davranmaları haqda zaman-zaman mediyada video paylaşımlar olub. Hətta belə yol polislərinin bəzilərinin Daxili İşlər Nazirliyi tərəfindən sistemdən xaric olunması halları da olub. Amma görünən odur ki, bu, hələ də əksər yol polisləri, əsasən də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları üçün ibrət olmayıb. 

Mia.az xəbər verir ki, sosial şəbəkələrdə vəzifə səlahiyətlərinin unudaraq, sürücüyə küçə uşağı kimi hücum edən daha bir yol polisinin əməlləri haqda video yayılıb.10 YP 376 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisinin əməlinə şərh vermədən, videonu oxucuların və aidiyyatı orqanların ixtiyarına buraxırıq: 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA