Prezident “Washington Post”da sərt tənqid olundu

img

03-01-2015 [10:12]


Əkrəm Dumanlı "Washington Post” qəzetində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. 

Musavat.com-un məlumatına görə, 14 fevralda "Paralel dövlət”ə qarşı əməliyyatda saxlanılıb, daha sonra bəraət alan "Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı yazır: 

"Ərdoğanın tələsik davranışları yalnız öz irsinə deyil, Türkiyə və müttəfiqlərinə də zərər verir. Türkiyənin sabit investisiya mərkəzi obrazı pozuldu. Xarakterin sui-qəsdə uğraması ilə nəticələnən siyasətin sosial gərginliyə yol açması qaçılmazdır. Daxilində xaosun hökm sürdüyü Türkiyə beynəlxalq aləmdə etibarlı müttəfiq hesab edilə bilməz. Ərdoğanın avtoritar addımları Türkiyənin uzun zamandır mənimsədiyi Avropa Birliyinə daxil olmaq məqsədindən uzaqlaşdırır”. 

Daha sonra jurnalistlərin həbsindən bəhs edən Dumanlı yazır: 

"Keçən ay İstanbulda qəzetə qarşı aparılan əməliyyatdan sonra 80 saat nəzarətdə qaldım. Məhkəməyə ilk çıxışımda hakimdən soruşdum? "İki köşə yazısı və bir xəbər. Haqqımdakı bütün dəlil-sübut budurmu?” Hakim "Bəli” cavabını verdi. 

Bu cavab Ərdoğan rəhbərliyindəki türk demokratiyasının xoşagəlməz örnəyi idi. On iki ildir Türkiyənin lideri olan Ərdoğan ilk iki seçkidə iqtisadi uğurlara və demokratik islahatlara töhfə verdi. 
İndi isə bir-birini təqib edən seçki qələbələri və müxalifət partiyalarının uğursuzluğundan cəsarət alaraq Türkiyəni tək adam və tək partiya idarəsinə sürükləyir. 

İlk kritik dönüş nöqtəsi 2013-cü ildə baş verdi: Hökumətin "Gəzi parkı” hadisələrinə sərt davranması və 17-25 dekabr əməliyyatlarından sonra ədliyyə mexanizminin sistemli şəkildə əngəllənməsi. 

O vaxtdan sonra Ərdoğan tənqidçiləri də onu devirməyə çalışan beynəlxalq sui-qəsd planının bir hissəsi hesab edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA