Bərdədə ev yandı: Xəsarət alan var

img

02-01-2015 [09:40]


Bərdə şəhərində vətəndaşa məxsus yaşayış evində yanğın baş verib.

FHN mətbuat mərkəzinin verdiyi məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin, 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin oğlu yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA