İŞİD Türkiyəni qorxuya saldı, ordu səngər qazdı

img

01-01-2015 [20:24]


Koalisiya ölkələrinə aid döyüş təyyarələrinin bombardmanından yayınmaq istəyən terrorçu qruplaşmanın üzvləri Türkiyə sərhədinə sığınıb.

Suriyanın Bab bölgəsində nəzarəti əlində saxlayan İŞİD yaraqlılarının Türkiyə sərhədindən 10 km uzaqlıqda olan mövqeləri koalisiya qüvvələri tərəfindən bombardman edilib. Şiddətli hava hücumlarına məruz qalan terrorçular qorunmaq üçün daha etibarlı yer olaraq Türkiyə sərhədinə sığınıb. İŞİD üzvlərindən bəziləri isə Bab bölgəsindən ayrılaraq Kilis sərhədindəki qaz yatağına yerləşib. 

Təhlükəsizliyi artırmaq məqsədi ilə Türkiyə tərəfi sərhəd xəttində 2-2.5 metr dərinliyində xəndəklər qazdırıb(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA