Rövşən Lənkəranskinin adamı saxlanıldı

img

30-12-2014 [10:57]



Dekabrın 25-də Sankt-Peterburqla Moskva cinayət-axtarış idarələrinin birgə səyi ilə 25 yaşlı "qanuni oğru” Laşa Barateli (Çia) saxlanılıb.

Bu yaxınlarda ağır işgəncə görən "qanuni oğru”nu elə xəstəxanada müalicə aldığı yerdəcə saxlayıblar.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki,Baratelinin barmaq izləri üç il əvvəl oğurluq edilən evdən götürülən barmaq izləri ilə üst-üstə düşüb. Məhkəmənin qərarı ilə Barateli nəzarətə götürülüb. "Qanuni oğru”ya yeganə təsəlli oğru dünyasına mənsub olduğu üçün onu beynəlxalq axtarışa verən Gürcüstanın bu iddiasından imtina etməsi olub.

Xatırladaq ki, dekabrın 15-də Çiaya Sankt-Peterburqda, yaşadığı Lenin prospektində hücum edilib. Mühafizəni azad edən Barateli öz evinə qalxıb.

Burada onu yeddi nəfər gözləyib. 14 nəfər isə aşağıda keşik çəkib. Baratelini döyüblər və dəhşətli işgəncə veriblər. Sonda onun üzündə bıçaqla izlər qoyublar və burnunu kəsiblər.



Çia ilə "hesablaşma”nın rəsmi səbəbi "qocamanlar”ın onu Ded Xasana sui-qəsdin təşkil edilməsində şübhəli bilməsi olub. Sankt-Peterburqda həyata keçirilməsi planlaşdırılan bu sui-qəsd baş tutmayıb. Baratelinin düşmənlərinin ehtimalına görə, bu hazırlıqda Çianın ortağı Rövşən Lənkəranskinin (Caniyevin) "xaçoğlu” Rüfət Gəncinski olub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA