Dinləmə aparan polis rəisi və 4 polis zabiti saxlanıldı

img

29-12-2014 [18:49]


Türkiyənin Ərzurum rayonunda 1 il 6 ay müddətdə qeyri-qanuni dinləmə aparan polis rəisi və 4 polis zabiti saxlanılıb. 

Musavat.com-un məlumatına görə, Ərzurum prokurorluğu tərəfindən aparılan istintaqda şübhəlilər vəzifədə olduğu rayonlarda elə vəzifə başında tutulub. 

Rəcəb Tayyib Ərdoğan baş nazir olan vaxt otağına dinləmə cihazı qoyduğu iddia edilən Ərzurum kəşfiyyat rəisinın müavini Sedat Z. isə axtarışa verilib. 

Verilən məlumata əsasən həbs olunan 5 nəfər Ərzurumda qeyri-qanuni dinləmə iddiası ilə bağlı ifadə verəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA