Astaradan olan 13 yaşlı qız itkin düşüb - FOTO

img

26-12-2014 [15:08]


Astara rayonunun Pensər kənd sakini, 2001-ci il təvəllüdlü Dilşad İntiqam qızı Quliyeva itkin düşüb. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Dilşad Quliyeva 2014-cü il dekabrın 17-də gecə saat təxminən 03.30 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Onun boyunun təxminən 140-145 sm, saçlarının şabalıdı, dolu bədənli olduğu bildirilir.
Dilşad Quliyevanı görən şəxslərdən (02522) 5-40-99 və (050) 3344454, (070) 6365303 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA