Bakıda polisi vurdular

img

26-12-2014 [12:17]


Bakınən Nəsimi rayonunda Dövlət Yol Polis İdarəsi əməkdaşına xəsarət yetirilib.

 Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, polisə xəsarət yetirən şəxs saxlanılıb.

Əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev tutulub.

Rəşad Səfərəliyev dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində "Ford Transit” markalı avtomobilin sürücüsü yol polisinin inspektorunun qanunu tələbinə tabe olmayıb. O, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA