Məhkumu öldürən 5 nadzor və həbsxana haqda yeni xəbər - Generaldan sərt addımlar

img

26-12-2014 [10:12]


Xəbər verildiyi kimi, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsindən sonra həbsxanada baş verən haqsızlığa etiraz ediblər.

"Cenubnews.com"a daxil olan məlumata görə, artıq 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların həyatı getdikcə ağırlaşır.

Belə ki, on nəfərdən çox məhbus cəzaçəkmə müəssisəsində keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün cəzaçəkmə kamerasına salınıb. Həmin məhbuslar arasında Masallı rayonundan 7 il azadlıqdan məhrum edilən Rza Ağalı da var.

Hazırda həbsxana daxilində ciddi araşdırmalar gedir, bundan sonra da etiraz aksiyasında iştirak edən digər məhkumlardan "kars"-a salınacağı gözlənilir. Əsasən həbsxananın məhkumları öldürülən idmançı məhkum E.Babayevin ətrafında olan məhkumların üzünə durur və bundan sonra həmən məhkumlar cəza kamerasına salınır.

Məlumatda qeyd edilir ki, artıq həbsxanada qanuni rejim aktivləşib. Belə ki, məhkumlara həftədə iki dəfə telefonla danışmaq üçün yeni qanun tətbiq edilib.

Məhkumlar məcburi olaraq yeməkxanalara aparılır. Həbsxanada olan digər bir yeməkxana həbsxana rəhbərliyi tərəfindən bağlanılıb. "Yuxarı"dan gəlmiş məmurlar hadisə barədə ciddi araşdırma aparır.

Məhkumlar həmçinin yeməkxanada olan dözülməz şəraitdən narazıdırlar. Yeməklər yağsız və ətsiz olur. Bütün məhkumlara yemək çatdıra bilmirlər.

Məhkum Elşad Babayevi işgəncə ilə öldürən 5 nazor - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar həbsxana ətrafında gözə dəymir.

Görüşə gələn ailələr yaxınları ilə çətinliklə görüşə bilirlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA