"Lakin son hadisələr onu göstərdi ki,.." - Putindən acı etiraf

img

25-12-2014 [23:59]


Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində bu gün keçirdiyi iclasda bir sıra etiraflar edib.

Putin bildirib ki, bəzi səhv addımlar nəticəsində Rusiya iqtisadiyyatı böhrana girir.

"Üzləşdiyimiz problemlər sadəcə xaricdən edilən müdaxilələrə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə deyil. Bunun əsas səbəbi illərdir üst-üstə yığılan səhvlərimizdir. Ona görə də iqtisadiyyatımız böhrana gedir. Bunların qarşısını almaq üçün çox işlər gördük. Lakin son hadisələr onu göstərdi ki, bu yetərli deyil", deyə Rusiya prezidenti bildirib.

Qeyd edək ki, bu il Rusiyada rublun dəyəri rekord dərəcədə aşağı düşmüşdü. Bir dollar 80 rubl olmuşdu. Ayrı-ayrı vaxtlarda Mərkəzi Bank vəziyyətə müdaxilə etdi. Putin isə açıqlama vermişdi ki, Rusiya iqtisadiyyatı ən azı 2 ilə düzələcək(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA