Rövşən Lənkəranskinin tərəfdarları toplandı - "Qanuni oğru"ların savaşı

img

24-12-2014 [23:08]


Moskvanın "Taqanka” metrostansiyası yaxınlığındakı "Şeş-beş” restoranında azərbaycanlı kriminal avtoritetlərin "sxodkası” keçirilib.
 
Bu barədə Axar.az-a restorandakı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, restoranda Rövşən Lənkəranskiyə yaxın İlya (İlqar) Hacıqabulski, Mətləb, Yunus və Rufiz Aqdamski ləqəbli kriminal avtoritetlər və daha bir neçə nəfər olub.
 
Çay süfrəsi arxasında və bağlı qapılar arxasında keçirilən görüşdə çox gərgin müzakirələr getdiyi bildirilir.
 
Mənbənin dediyinə görə, azərbaycanlı kriminal avtoritetlər məhz Lənkəranskinin təkidilə restorana yığışıb. Lənkəranski özü hazırda Türkiyədədir. Azərbaycanlıların "sxodka”sına səbəb isə bir qədər əvvəl Lənkəranskinin iki əzəli düşməni Şakro Molodoyla Sergey İzmaylskinin barışması və Rövşənə qarşı birləşməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA