Bakıda metrosunda bomba panikası

img

24-12-2014 [13:03]


Polisə yalan məlumatı vermiş Mingəçevir şəhər sakini Taleh Səfərov tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs DİN-in 102 Zəng Mərkəzinə zəng edərək "metronun "28 May” stansiyasının yanına bomba qoymuşuq” deyib.

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun "28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib.
Araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA