Sumqayıtda azyaşlı uşağı oğurlayan qadının məhkəməsi başlayıb

img

24-12-2014 [12:18]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağın oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Daha sonra təqsirləndirilən X.Babayeva ifadə verərək özünü təqsirli bilmədiyini deyib.
Proses yanvarın 27-də davam etdiriləcək.
Qeyd edək ki, bu il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA