Bakıda qətl hadisəsi baş verib

img

24-12-2014 [10:49]


Yasamal rayonunda 44 yaşlı kişi qətlə yetirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 20.00 radələrində rayonun Yunis Dağlı küçəsi 17 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Boris Gennadiyeviç Jarovun meyiti tapılıb.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində B. Jarovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Namiq adlı şəxs tutulub.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR