Hülya Avşar Kılıçdaroğlunu məhkəməyə verdi

img

22-12-2014 [15:45]


Türkiyəli məşhur aktrisa Hülya Avşar Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Musavat.com-un məlumatına görə, Avşar şəxsiyyətini alçaltdığı üçün CHP liderindən 100 min türk lirəsi təzminat tələb edir. Avşar qızı adından vəkillər Kərəm Hasbakkal və Eda Ergün İstanbul Hüquq Məhkəməsinə 3 səhifəlik ərizə təqdim edib.

Qeyd edək ki, Türkiyədə prezident sarayına çox pul xərcləndiyi üçün hökumət tənqidlərə məruz qalmışdı. Hülya Avşar o vaxt sarayı ziyarət edərək "Heç də dəbdəbəli deyil. Mənim evim daha dəbdəbəlidir" demişdi.

Bundan sonra Kılıçdaroğlu Avşarı yaltaq adlandırmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA