Bakıda taksi sürücüsü qızı zorladı

img

22-12-2014 [14:22]


Bakıda taksi sürücüsü maşınına minən 24 yaşlı qızı zorlayıb.

Mia.az xəbər verir ki, bu barədə vesti.az məlumat yayıb. Məlumatda bildirilir ki, Yasamal rayonu 29-cu polis bölməsinə zorlama faktı ilə şikayət ərizəsi daxil olub.

24 yaşlı Sumqayıt sakini Leyla Kərimova (ad və soyad şərtidir) izahatında bildirib ki, 19 dekabr gecə saat 01.00-də Əhmədli qəsəbəsində taksiyə oturub və sürücüdən onu metronun "20 yanvar" stansiyasına aparmağı xahiş edib.

Taksi sürüücüsü bunun yerinə qızı Şüvəlana naməlum ünvana aparıb. Kişi orada qızı zorlayıb, sonra isə taksiyə mindirdiyi Moskva prospektinə aparıb.

Faktla bağlı araşdırma aparılır. Sərnişini zorlamaqda şübhəli bilinən taksi sürücüsü hələ saxlanılmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA