Balakən şəhər bələdiyyəsinin postu satılıb - 50 min manat

img

21-12-2014 [19:15]


Sabah(dekabrın 23-də) bələdiyyə seçkiləridir. Balakəndə namizədlərdən kimlərin seçildiyi indidən bəllidir. 

Bu haqda öz facebook səhifəsində Elçin İsmayıllı məlumat yayıb. 

Həmin məlumatı təqdim edirik: "Balakən rayon rəhbərliyinə çox yaxın etibarli mənbədən 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağli mühüm xəbər almışıq. Belə ki, seçkilər bütün rayon ərazisində saxtalaşdirilacaq.

İcra başçisi İslam Rzayev və komandası kimi məsləhət bilirsə, o, şəxslərin siyahısı artıq bütün ərazilərdə əhaliyə paylanılıb. Bütün vətəndaşlardan şəxsiyyət vəsiqələrinin nömrəsi və digər zəruri məlumatlar götürülüb. Bələdiyyə sədri və müavini olacaq şəxslərdən rayon üzrə yaşayış yerinə, ərazisinə uyğun olaraq 3 min manatdan başlayaraq, şəhər bələdiyyəsinə sədr postuna 50 min manat rüşvət alınıb”.

E.İsmayıllı Balakən rayonunun ən böyük kəndlərindən biri olan Hənifə bələdiyyəsinə kimlərin seçiləcəyi haqda aldığı məlumatı da bölüşüb: "Bələdiyyə sədri Mehtiyev Oktay Şəmsəddin oğlu, müavini Şeyxov Musa Məhəmməd oğlu olacaq. 

Üzvlər Həsənov Arif Şəhmiroğlu, Saramanova Elvira Qurban qizi, Hacixanova Nigar Fəxrədin qızı, Haciyev Nadir Rəcəb oğlu, Qurbanov Şahlar Qoqli oğlu, Şirinov Elçin Çingiz oğlu, Musayeva Gülnar Nəriman qızı, Mamedov Mahmud Nəsrəddin oğluvə Çıraqi Eyvaz Rəşid oğlu olacaqlar. Artıq bu kimi siyahılar DSK-da razılaşdırılıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR