20-12-2014 [22:39]
Xarkov Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.
Konsertdən öncə fəxri konsulluğumuzun binasında Azərbaycanla Ukrayna arasındakı regionlararası əməkdaşlığın inkişaf perespektivlərinə həsr olunmuş mətbuat konfransı olub.
Xarkov,Sumı,Zaporojye və digər vilayətlərin sənaye müəssisələri rəhbərlərinin ,Xarkov vilayət və şəhər deputatlar şurası sədrlərinin ,ali rada deputatlarının ,diplomatların və sahibkarların iştirak etdiyi mətbuat konfranslnda Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək Azərbaycanla Ukrayna arasında münbit investisiya mühüti haqqında məlumat verib. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirən konsul qey edib ki ,təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ukrayna dostluğunun dahada inkişaf etdirilməsi üçün ona verilən göstəriş və tapşırıqların həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.O, bu baxımdan İkitərəfli regional əməkdaşlığın və iqtisadi ,ticari əlaqələrin inkişaf etdirilməsi üçün intensiv görüşlərin və danişıqların aparıldığını ,bunun üçün Xarkov vilayətinin bir sıra sənaye müəssisələri rəhbərlərinin və yerli sahibkarların Azərbaycana işgüzar səfərlərinin hazırlandığını bildirib.Jurnalistlərə Azərbaycanla Ukrayna arasındakı iqtisadi əlaqələrin statistiq göstəriciləri haqqda məlumat verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu il Azərbaycanın Xarkov şəhərində fəxri konsulluğunun açılmasından sonra ikitərəfli regional iqtisadi,ticari,elmi,texniki əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.Bu baxımdan fəxri konsul Əfqan Salmanovun səmərəli fəaliyyətini yeüsək dəyərləndirib .Tədbirdə çıxış edən Azərbaycan Ukrayna parlametlərarası dostluq qrupunun sədri,Ali Radanın deputatı Oleq Madunits , Xarkov Vilayət Şurasının sədri Sergey Çernov, Türkiyənin Xarkovdakı fəxri konsulu Vladimir Belıy, Ukraynanın keçmiş xalq deputatı Vladimir Zaplatinski son illər Azərbaycanın inkişaf edərək cənubi qafqazda lider dövlətə çevrilməsinin kökundə dahi Heydər Əliyev ideologiyasının dayandığını vurğulayıblar.Onun müdrük və uzaqgörən siyasətinin prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildiriblər.
Sonra tədbirə qatılanlar Xarkov Milli Akademik Opera və Balet Teatrının foyesində təşkil olunmuş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.Dünya Azərbaycanlılarının Həmrəylik Ğünü münasibəti ilə keçirilən bayram təbdirində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək,müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya Azərbaycanlılarının milli məvkurə ətrafında birləşməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.Əfqan Salmanov öz çıxışında bildiribki,Ulu Öndərimizin belə bir günü tarixə salması dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını sözün əsl mənasında milli azərbaycançılıq məvkurəsi ətrafında birləşdirib. Dahi öndərin bu siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən fəxri konsul son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini ,xalqımızın
öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb Ali baş komandanmızın apardığı məqsədyönlü siyasət nəticəsində İşğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacağını qeyd edib . Qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə Ukrayna və Axərbaycan xalqına sülh və əminamanlıq arzulayıb..Tədbirdə Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ,ali radanın deputatı Oleq Medunitsa, Xarkov vilayət deputatlar şurasının sədri Sergey Çernov və digər rəsmi şəxslər çıxış edərək ,Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun açılması ilə ölkələrimiz arasındakı regional əməkdaşlığın inkişaf etdirilməsinə görə Azərbaycan respublikasının prezidenti İlham Əliyevə minnədarlıqlarını bildiriblər. Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə dost Azərbaycan və Ukrayna xalqlarına xoş və səmimi bayram təbriklərini çatdırıblar. Azərbaycanla Ukrayna arasındakı regional əməkdaşlığın inkişafındaki xidmətlərinə görə Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Xarkov vilayət deputatlar şurasının və bir sıra dövlət qrumlarının fəxri diplomları ilə mükafatlandırılıb. Xarkov,Dnepropetrovsk, Sumı,Zaporojye və digər vilayətlərdə yaşayan soydaşlarımızın əsl birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın Xalq artisti Qurban Abbasovun,Ukraynanın əməkdar artistləri Anna və Mariya bacılarının, Viktor Pavlik ,Katerina Bujanskaya və Oleq Podolskiy kimi sevilən müğənnilərin , Azərbaycanın estrada ulduzu Natavan Həbibinin ifalarında maraqlı konsert proqramı nümayiş etdirilib.Taninmış səhnə ulduzlarının şən və həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib.
Möhsüm Qədiroğlu
Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri
Putin: "Onu sülh elçisi kimi tanımıram"
Qəzzaya gecə hücumu: 43 nəfər öldürülüb
Belçika İsrail səfirini XİN-ə çağırıb
Ozan Tufan geri dönür - İngilislər onu istəyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Tramp və biz bir-birimizi çoxdan tanıyırıq, o..." - Putin
Avropa Liqası: Kerem atdı, “Fənərbağça” qazandı
Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
Bakıda ermənilərin məhkəməsi: yeni sənədlər elan olunub - FOTOLAR
Zelenskidən Əliyevlə görüşü haqda paylaşım - VİDEO
ABŞ-da hava limanında iki təyyarə toqquşub
Osimhen derbidə oynamayacaq
Qəzzada müharibə davam edir - Ölənlərin sayı 66 225 nəfərə çatdı
Prezident İlham Əliyev Makronla görüşüb - Müzakirə + FOTO
İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb
İlham Əliyevin Ukrayna prezidenti ilə görüşü olub - Kopenhagendə nələr müzakirə olunub?
Professor türkləri qorxutdu: "Zəlzələyə hazır olun"
Prokuror Ayşe Barımın azadlığa buraxılmasına etiraz edib
Dollar 4.1, qızıl 2.4 milyard... - Türkiyə Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
QHT sədrlərinin işi məhkəməyə göndərilib
Türkiyədə zəlzələ olub: 5 bal gücündə - 17 yaralı var
Azərbaycan Prezidenti Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olunub
Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi
Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi
İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılışı və plenar sessiyasında - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)